haberL haberR

Bakıda qətl hadisəsi törədən şəxs tutulub

Kateqoriya: Kriminal Yayımlama tarixi: 18.02.2015 12:19:35

Bakıda baş verən qətl hadisəsinin üstü açılıb

Səbail Rayon Polis İdarəsindən verilən məlumata görə, həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində 1981-ci il təvəllüdlü Rasim Təmraz oğlu Mustafayev saxlanılıb.

Qeyd edək ki, hadisə ötən gün rayonun Bibiheybət qəsəbəsi, 2-ci Bibiheybət döngəsi, ev 19-da qeydə alınıb.

1981-ci il təvəllüdlü R. Mustafayev 1994-cü il təvəllüdlü Elvin Hüseynlini və onun bacısı, 1982-ci il təvəllüdlü Türkan Hüseynovaya bıçaq xəsarətləri yetirib. Nəticədə E. Hüseynli xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib, T. Hüseynova isə xəstəxanada yardım göstərilərək evə buraxılıb.(apa)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.