haberL haberR

Bakıda qumbara satmaq istəyən şəxs tutulub

Kateqoriya: Kriminal Yayımlama tarixi: 27.11.2014 14:59:10

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Bakıda əməliyyat keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən islamazeri.az-a  verilən məlumata görə, nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları qanunsuz odlu silah və onun komponentlərini əldə edib saxlama və satmaqda təqsirli bilinən şəxsi məsuliyyətə cəlb ediblər.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Bakı şəhər sakini, 50 yaşlı Elman Məhərrəmov 2 ədəd “F1” əl, 2 ədəd isə “RQD 5” qumbaralarının alışdırıcıları ilə birgə satarkən tutulub. Əvvəllər də soyğunçuluq və quldurluq cinayətləri törətdiyinə görə 3 dəfə məhkum olunmuş Elman Məhərrəmov ifadəsində bildirib ki, qumbaraları hələ məhkum olunmadan əvvəl Yasamal rayonu ərazisindən tapıb. Daha sonra sellofan torbaya bükərək qəbiristanlıqda anasının qəbrinin yanında torpağa basdırıb. Saxlanılan şəxs qeyd edib ki, bir neçə gün əvvəl həbsdən çıxdıqdan sonra qumbaraları basdırdığı yerdən çıxararaq satmaq qərarına gəlib.

Faktla bağlı cinayət işi açılıb, saxlanılan şəxsin ətrafında istintaq əməliyyat tədbirləri davam etdirilir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.