haberL haberR

Bakıda Qurani-kərimin təfsiri ilə bağlı "Təfsir Məclisi" keçirilib (Foto)

Kateqoriya: İslam Yayımlama tarixi: 06.06.2016 18:11:58

Bakıda "Qasımbəy" cümə məscidində Qurani-kərimin təfsiri ilə bağlı "Təfsir Məclisi" keçirilib

Mərasimdə ilahiyyatçı alimlər, ziyalılar, o cümlədən inanclı insanlar iştirak edib. Məclis Qurani-kərimin oxunması ilə başlayıb. 

Mərasimdə çıxış edən ilahiyyatçı alim Hacı Samir Ağayev bildirib ki, "Təfsir Məclisi" insanlara Quranı düzgün şəkildə dərk etdirmək, onun bütün ayələrini düzgün anlamaqdan ötrü təşkil olunur: "Əgər biz Quranı düzgün şəkildə bilmək istəyiriksə, mütləq təfsir elminə müraciət etməliyik. Təfsirsiz Quranı bilmək mümkünsüzdür. Quranın yolu düzgün təfsiri bilməkdən keçir." 

Mərasimdə çıxış edən digər ilahiyyatçılar vurğulayıblar ki, Quran elmləri arasında təfsir, ən geniş sahədir. Təfsir ərəb dilindən tərcümədə “izah etmək, açıqlamaq, hansısa bir şeyin örtüyünü götürmək” mənasını verir. İlahi kəlamın izah və açıqlanması Peyğəmbərdən (s) başlayaraq bu günə qədər davam edib.

Ümumiyyətlə isə bu vaxta qədər Quranın müxtəlif təfsir metodları olub. İlk təfsirçi Allahın Özü, sonra Həzrət Rəsulallah (s), daha sonra isə Quranın özü olub. Bundan sonra Peyğəmbər (s) fani dünyanı tərk etdikdən sonra səhabələr tərəfindən təfsirlər irəli sürülüb, daha sonra isə tabeinlər. 

Mərasimin sonunda qeyd olunub ki, bu kimi məclislər bundan sonra da davam etdiriləcək./salamnews

Bakıda Qurani-kərimin təfsiri ilə bağlı Təfsir Məclisi keçirilib (Foto)

/haberimaj/habergaleri/9F6Q8A9C8N5R.JPG
  1. Bakıda Qurani-kərimin təfsiri ilə bağlı Təfsir Məclisi keçirilib (Foto)

  2. Bakıda Qurani-kərimin təfsiri ilə bağlı Təfsir Məclisi keçirilib (Foto)

  3. Bakıda Qurani-kərimin təfsiri ilə bağlı Təfsir Məclisi keçirilib (Foto)

  4. Bakıda Qurani-kərimin təfsiri ilə bağlı Təfsir Məclisi keçirilib (Foto)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.