haberL haberR

Bakıda ''Range Rover'' kişini vurub qaçdı - FOTO

Kateqoriya: Hadisə Yayımlama tarixi: 05.07.2016 15:36:36

Bakıda bahalı avtomobil piyadanı vuraraq qaçıb.

Hadisə şahidlərinin criminal.az-a verdiyi məlumata görə, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində baş verib. ''Range Rover'' markalı avtomobil Yavər Əliyev küçəsindəki piyada keçidində yolu keçmək istəyən kişini vurub. Zərbənin təsirindən piyada hadisə yerindən bir neçə metr kənara düşüb.

Ağır vəziyyətdə olan yaralı təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

Avtomobil isə gəldiyi sürətlə də hadisə yerindən qaçıb. Hazirda ərazidə polis əməkdaşları araşdırma aparır, kamera görüntüləri ilə piyadanı vuran avtomobili müəyyən edtməyə çalışırlar.

Hadisə şahidləri bildirirlər ki, həmin piyada keçidinin xətləri bir neçə aydır silinsə də, yol polisi problemin aradan qaldırılmasında maraqlı deyil.

Bakıda ''Range Rover'' kişini vurub qaçdı - FOTO

/haberimaj/habergaleri/1M8Y1H1K0U8Y.JPG
  1. Bakıda ''Range Rover'' kişini vurub qaçdı - FOTO

  2. Bakıda ''Range Rover'' kişini vurub qaçdı - FOTO

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.