haberL haberR

Bakıda “Şəhidlərimiz Kərbəla işığında” adlı toplantı keçirilib(fotolar)

Kateqoriya: İslam Yayımlama tarixi: 21.11.2014 12:44:11 4051 dəfə oxunub.

Bakıda tanınmış ilahiyyatçıların iştirakı ilə “Şəhidlərimiz Kərbəla işığında” adlı toplantı keçirilib

İslamazeri.az xəbər verir ki, təxminən 150 möminin toplandığı məclis Quran ayələrinin oxunuşu ilə başlayıb.

 “Allah yolunda öldürülmüşləriə (şıhid olanlara) “ölülər” deməyin”, əslində onlar diridirlər, lakin siz bunu dərk etmirsiniz” ayəsi şüar kimi seçilmiş tədbirdə bildirilib ki, 1991-ci il noyabrın 20-də Qarabağ ərazisində düşmən ermənilərin vurduğu vertolyotda həlak olanların xatirəsinin anıldığı gündə və müqəddəs Məhərrəmlik ayında təşkil olunmuş toplantı şəhidlik məktəbinin tarixi və indiki şəraitdə Azərbaycan xalqının bu ibrətdən faydalanmasına həsr edilib.

 Toplantıda çıxış edən ilahiyyatçılardan Zülfüqar Mikayılzadə,  Əfqan Muradov, Şahin Həsənli, Elman Ağayev, Qürbət Hacı, şair Elşən Xəzər və başqaları bildiriblər ki, Allah şəhidləri peyğəmbərlərlə bir cərgədə görür, şəhadət məktəbi isə peyğəmbərlik məktəbidir.

 Vurğulanıb ki, Azərbaycanda indiki məzhəblərarası və millətlərarası mehriban münasibət tarixən mövcud olan milli dəyərlərlə dini dəyərlərin vəhdəti sayəsində mümkün olub. Xalq ildə iki dəfə kimliyini səmimi olaraq dərk edir: Novruz bayramında və Aşura günü. Məhərrəm ayının onuncu günü şəhid olmuş İmam Hüseyn (ə) və məsləkdaşları dünya tarixində Vahid Allah dini yolunda ali mənəviyyat və iman nümayiş etdirərək şəhid olublar.

 Məclisdə deyilib ki, Aşura dirilərin və şəhidlərin məktəbi kimi yaddaşlara həkk olunduğundan belə qənaət hasil olur ki, insan necə yaşayırsa, elə də ölür. Hər il təxminən iki ay toy-bayramı, şənliyi özünə könüllü və şüurlu surətdə haram qərar verən xalq dünyada əxlaq nümunəsi kimi tanınmağa layiqdir. Kərbəla qəhrəmanlığına iman gətirmiş şəxs heç vaxt gedib İŞİD yaraqlılarına qoşulub insanlığa qarşı cinayət törətməklə şəhidlik xülyasına düşməz, özünü doğma torpaqlarını düşmən cəngindən xilas etməyə hazırlayar.

 Məclisdə həmçinin müasir və klassik İslam şairlərinin poeziyazından nümunələr səsləndirilib və ehsan süfrəsi açılıb.

Bakıda “Şəhidlərimiz Kərbəla işığında” adlı toplantı keçirilib(fotolar)

/haberimaj/habergaleri/1M8X0H1J9U7Y.JPG
  1. Bakıda “Şəhidlərimiz Kərbəla işığında” adlı toplantı keçirilib(fotolar)

  2. Bakıda “Şəhidlərimiz Kərbəla işığında” adlı toplantı keçirilib(fotolar)

  3. Bakıda “Şəhidlərimiz Kərbəla işığında” adlı toplantı keçirilib(fotolar)

  4. Bakıda “Şəhidlərimiz Kərbəla işığında” adlı toplantı keçirilib(fotolar)

  5. Bakıda “Şəhidlərimiz Kərbəla işığında” adlı toplantı keçirilib(fotolar)

  6. Bakıda “Şəhidlərimiz Kərbəla işığında” adlı toplantı keçirilib(fotolar)

  7. Bakıda “Şəhidlərimiz Kərbəla işığında” adlı toplantı keçirilib(fotolar)

  8. Bakıda “Şəhidlərimiz Kərbəla işığında” adlı toplantı keçirilib(fotolar)

  9. Bakıda “Şəhidlərimiz Kərbəla işığında” adlı toplantı keçirilib(fotolar)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.