haberL haberR

Bakıda səfirliyin maşını qəzaya düşdü - Yaralılar var

Kateqoriya: Hadisə Yayımlama tarixi: 28.07.2016 16:17:00

Faktla bağlı araşdırma aparılır.

Bakıda səfirliyə məxsus avtomobil qəzaya düşüb.

“Report”un xəbərinə görə, paytaxtın Nəsimi rayonu, H.Ələsgərova küçəsi ev 15-in qarşısında Bakı şəhər sakini 26 yaşlı Mehri Süleymanovanın idarə etdiyi “Chevrolet” markalı avtomobil Mərakeş Krallığı vətəndaşı 30 yaşlı Muhammed Briouelin idarə etdiyi “Hyundai” markalı avtomobilər toqquşublar.

Hər iki sürücü xəsarət alıb. Yaralılar Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda tibbi yardım aldıqdan sonra evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, “Hyundai” markalı avtomobil Mərakeş Krallığının Azərbaycandakı səfirliyinə məxsusdur.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.