haberL haberR

Bakıda sərnişin sürücünün boğazını kəsib

Kateqoriya: Kriminal Yayımlama tarixi: 13.04.2016 15:34:22

Bakıda sərnişin marşrut avtobusu sürücüsünün boğazını kəsib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə Xətai rayonunda bir neçə gün öncə qeydə alınıb. Bu barədə zərərçəkənin yaxınları məlumat verib.

Bıçaqlanma Məhəmməd Hadi küçəsində “İsuzu” markalı 10 TG 992 nömrəli 132 saylı xətt avtobusunda baş verib. Naməlum şəxs xuliqanlıq zəminində sürücü, Bakı şəhər sakini 1989-cu il təvəllüdlü Ehtiram Əhədovun boğaz nahiyəsini bıçaqla kəsib. Yaralı E.Əhədov Sutikinti xəstəxanasına yerləşdirilib. Vəziyyəti qənaətbəxşdir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.