haberL haberR

Bakıda sərxoş sürücü qəza törədib

Kateqoriya: Kriminal Yayımlama tarixi: 24.11.2015 12:17:46

Ötən gecə Bakıda sərxoş sürücü qəza törədib, iki nəfər xəsarət alıb

Məlumata görə, hadisə Masazır qəsəbəsində baş verib. "QAZ-3110" markalı avtomobili sərxoş vəziyyətdə idarə edən sürücü döngədə idarəetməni itirərək qarşı yola çıxıb.

 Avtomobilin sürücüsü qarşıdan gələn "LADA" markalı avtomobillə toqquşmadan yayınmağa çalışsa da, maşını işıq dirəyinə çırpıb. "LADA"nın sürücüsü isə qarşısına qəfildən çıxan maşını gördükdə qorxub və idarəetməni itirib. Nəticədə, avtomobil "QAZ-3110"-a dəyib.

 İşıq dirəyinə çırpılan "QAZ-3110" yararsız hala düşüb, avtomobildəki iki nəfər xəsarət alıb. Xəstəxanaya çatdırılan yaralılar dərhal əməliyyat olunublar. Həkimlər yaralıların sərxoş vəziyyətdə olduğunu bildiriblər. Onların şəxsiyyətini dəqiqləşdirmək hələlik mümkün olmayıb.

 Faktla əlaqədar Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

/APA

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.