haberL haberR

Bakıda SOCAR-ın mühafizəçisinin qanını tökdülər

Kateqoriya: Kriminal Yayımlama tarixi: 24.12.2014 12:33:54 3187 dəfə oxunub.

Paytaxtda SOCAR-ın mühafizəçisinin qanını töküblər

Hadisə dünən Suraxanının Bülbülə qəsəbəsində baş verib.

 

Virtualaz.org bildirir ki, bu barədə vesti.az-a Suraxanı Rayon Polis İdarəsindən xəbər veriblər.

Məlumata görə, dekabrın 23-də saat 18.30-da Bülbülə qəsəbəsinin Bəhlulzadə küçəsindəki 80 nömrəli evin qarşısında naməlum şəxs 1991-il təvəllüdlü yerli sakin Mehman Faiq oğlu Sadıqova hücum edib. O, F.Sadıqova kürəyindən 3 bıçaq zərbəsi vurub və aradan çıxıb.

Zərəçəkən xəstəxanaya yerləşdirilib. Amma hələ özünə gəlmədiyindən onu dindirmək mümkün olmayıb.

 

Faktla bağlı araşdırma parılır. Hələlik məlum olan yalnız budur ki, Faiq Sadıqov SOCAR-da mühafizəçi işləyir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.