haberL haberR

Bakıda sosial şəbəkədə söyüş qanla bitdi

Kateqoriya: Kriminal Yayımlama tarixi: 07.05.2016 12:27:29

Məktəbin həyətinə gedən Bayraməli orada da məktəbli yoldaşı ilə əvvəl mübahisə edib, daha sonra əlbəyaxa olub

Bakıda şagird məktəb yoldaşı tərəfindən bıçaqlanıb. Anspress-in məlumatına görə, hadisə Sabunçu rayonu Bakıxanov qəsəbəsində baş verib. Belə ki, 271 saylı orta məktəbin şagirdi, 2002-ci il təvəllüdlü Bayraməli İmanov Vidadi oğlu mübahisə zəminində yoldaşı tərəfindən məktəbin həyətində bıçaqlanıb.

Məlumata görə, iki məktəb yoldaşı arasında mübahisə səhər məktəbdə başlayıb. Daha sonra yoldaşlar mübahisəni sosial şəbəkələrdə davam etdiriblər və bir-birilərini təhqir ediblər. Bundan sonra Bayraməliyə zəng edən həmyaşıdı onunla məktəbin həyətində görüşmək istədiyini bildirib.

Məktəbin həyətinə gedən Bayraməli orada da məktəbli yoldaşı ilə əvvəl mübahisə edib, daha sonra əlbəyaxa olub. Mübahisə bıçaqlanma ilə bitib. Belə ki, Bayraməli ilə eyni məktəbdə oxuyan yoldaşı onu özü ilə gətirdiyi bıçaqla vurub.

14 yaşlı şagird dərhal 3 saylı Sabunçu Şəhər Kliniki Xəstəxanasına aparılıb. Xəstəxananın həkimi Dəmirçiyev Namiqin dediyinə görə, şagird xəstəxanaya daxil olarkən vəziyyəti kafi olub və o dərhal əməliyyat edilib.

"Xəstə buraya gətirilərkən onu dərhal əməliyyat etdik. O, qarının ön divarının kəsilmiş-deşilmiş yarası ilə xəstəxanamıza daxil olub. Əməliyyat bir neçə saat çəkdi. Hazırda onun vəziyyəti stabildir, xəstə reanimasiyadadır", - deyə həkim bildirib.

Hazırda faktla bağlı Sabunçu Rayon Polis Şöbəsində araşdırma aparılır. Şagirdlərin nə üstə mübahisə etdikləri öyrənilir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.