haberL haberR

Bakıda supermarketi soymaq istəyən şəxs tutuldu

Kateqoriya: Kriminal Yayımlama tarixi: 09.04.2015 11:23:00

Bakıda oğurluğa cəhd edən şəxs tutulub
İslamazeri.az-ın Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə istinadən məlumatına görə, aprelin 8-də saat 06:09 radələrində, Xətai Rayon Mühafizə İdarəsinin əməkdaşları rayonun N.Tusi küçəsində yerləşən “Araz” market mağazasından daxil olmuş “həyəcan” siqnalını yoxlayıb. Bu zaman məlum olub ki, naməlum şəxs obyektin yan qapısına müdaxilə etməklə oğurluğa cəhd edir.
 
Hələlik şəxsiyyəti müəyyən edilməyən həmin şəxs obyektin daxilində saxlanılıb və Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə təhvil verilib.
 
Faktla bağlı Xətai RPİ-nin 35-ci PB-də araşdırma aparılır.
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.