haberL haberR

Bakıda sürücüləri çaşdıran işıqfor peyda olub - Video

Kateqoriya: Ölkə Yayımlama tarixi: 17.03.2016 14:44:46

Bakıda yol hərəkətinin təşkili ilə bağlı sürücülər üçün ciddi problem yaranıb.

Problem Bakı Dairəvi Yolunun Yeni Yasamala gedən hissəsində yerləşən "Royal Park" adlanan yerin qarşısında quraşdırılmış işıqforun iş rejimi ilə bağlıdır.

İslamazeri.az avtosfer.az-a istinadən bildirir ki, həmin işıqfor obyektinin icazə siqnalı qadağan siqnalına keçərkən heç bir xəbərdarlıq (yaşıl işığın yanıb-sönməsi) baş vermir. Yəni, yaşıl işıq bir anda sarı işığa keçir, sarı işıq da qırmızıya. Bütün bunlar cəmi bir saniyədə baş verir. Bu isə bir mənalı olaraq qəzaları qaçılmaz edir. Elə təqdim etdiyimiz videoda da bunu görmək mümkündür.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.