Bakıda suya görə qətl hadisəsi

Bakıda qətl törədilib. "İslamazeri.az" lent.az-a istinadən xəbər verir ki, Sabunçu qəsəbəsi Natavan küçəsi 16 ünvanında 1982-ci il təvəllüdlü Eminov Fərman Kazım oğlu qonşusu, 1980-ci ildə anadan olmuş Əmənov Elməddin Nəbi oğlunu bıçaqlayaraq qətlə yetirib.
Bir neçə bıçaq xəsarəti almış 36 yaşlı Elməddinin həyatını xilas etmək mümkün olmayıb. Hadisəni törədən şəxs polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Bildirilir ki, qonşular suya görə dava edib. Belə ki, Elməddin Əmənov qonşuluqda yaşayan Fərman Eminovun həyətinə gedən su borusunu kəsib. Suyun kəsildiyini görən Fərman qonşusu ilə dava edib və münaqişə zəminində onu öldürüb.
Hadisəni törədən Fərman Eminov 3, qətlə yetirilən Elməddin Əmənov isə 2 uşaq atasıdır.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.