haberL haberR

Bakıda təhlükə: minlərlə evi su basır

Kateqoriya: Sosial Yayımlama tarixi: 28.03.2016 15:30:00

Zığ və Qum adasında yaşayan minlərlə sakin evsiz qalmaq təhlükəsi ilə üz-üzədir.

Bu haqda məlumat verən şikayətçilər ərazidə yerləşən “Duzlu göl”ün qurudulmasına başlanandan sonra bu vəziyyətlə qarşılaşdıqlarını deyiblər.

Bir zamanlar “xəstəlik mənbəyi” adlandırılan göl bu dəfə vətəndaşların evlərini dağıtmağa xidmət etməkdədir. Belə ki, Hövsan-Zığ magistral yolunun kənarında yerləşən gölün qurudulması üçün su hövzəsinə hər tərəfdən torpaq tökülüb.

Gölün müəyyən qədər qurudulmasına nail olunsa da, üzərinə torpaq tökülmüş su yaşayış yerləri olan hissələrdən çıxmağa başlayıb. Torpaqlanmış gölün suyunun səviyyəsi isə durmadan qalxır və ətraf evlərin həyətinə axır.(modern.az)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.