Bakıda ucuz avtomobillər satışa çıxarılır (Siyahı)

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) oktyabrın 6-da hərraca çıxarılacaq nəqliyyat vasitələrinin siyahısını açıqlayıb. ƏMDK-dan verilən məlumata görə, oktyabrın 6-da keçiriləcək hərraca ümumilikdə 7 avtomobil çıxarılacaq.
Həmin avtomobillərin arasında 2005-ci il istehsalı olan Volkswagen Passat, 2007-ci il istehsalı olan 3 ədəd Nissan Maxima, 2006-ci il istehsalı olan KİA Magentis-Optima, 2006-ci il istehsalı olan Chevrolet Lacetti və 2003-cü il istehsalı olan KAMAZ-65115 var.
Onu da əlavə edək ki, Volkswagen Passat 7 565 manatdan, Nissan Maxima 7 449, KİA Magentis-Optima 7 168, Chevrolet Lacetti 3 415, KAMAZ-65115, 4 570 manatdan başlayan qiymətlərlə hərraca çıxarılacaq.
Qeyd edək ki, Bakının avtomobil bazarında 2005-ci il istehsalı olan Volkswagen Passat-ın qiyməti 7 600 dollar və ya 7960 manat, 2007-ci il istehsalı olan Nissan Maximanın qiyməti 9 500 dollar və ya 9 950 manat, Chevrolet Lacetti-nin qiyməti isə 6 000 dollar və ya 6 284 manatdır.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.