haberL haberR

Bakıda yaşayış binasında yanğın

Kateqoriya: Hadisə Yayımlama tarixi: 28.04.2016 12:02:04

Hadisə Xətai rayonunda yerləşən çoxmərtəbəli yaşayış binasında qeydə alınıb

İslamazeri.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakıda yaşayış binasında yanğın olub. Hadisə Xətai rayonunda yerləşən çoxmərtəbəli yaşayış binasında qeydə alınıb. Vətəndaşa məxsus ümumi sahəsi 73 kv.m olan 3 otaqlı mənzilin 1 otağında 1 ədəd televizor, ev əşyaları 5 kv.m sahədə və eyvana yığılmış əşyalar 2 kv.m sahədə yanıb. Yüksək temperaturdan otağın divarları və qapısı 28 kv.m. sahədə qarsalanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub və yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.