haberL haberR

Bakıda yataqxananın tavanı çökdü: yaralılar var

Kateqoriya: Hadisə Yayımlama tarixi: 08.08.2016 10:37:50

Məlumata görə, hadisə baş verən yataqxana uzun illərdir ki, qəzalı vəziyyətdədir.
Bakının Xəzər rayonu ərazisində yataqxanalardan birində uçqun hadisəsi baş verib.
 
Yataqxana sakinlərinin Trend-ə verdiyi məlumata görə, hadisə rayonun Şüvəlan qəsəbəsində məcburi köçkünlərin məskunlaşdığı "Energetika yataqxanası"nda baş verib. Axşam saatlarında yataqxanadakı otaqlardan birinin tavanı uçub.
 
Hadisə nəticəsində otaqda məskunlaşan ailənin iki üzvü - Şəhla Məmmədova və 5 yaşlı uşaq xəsarət alıb. Tavandan qopan beton parçası 5 yaşlı uşağın başına düşüb və o, xəstəxanaya çatdırılıb.
 
Məlumata görə, hadisə baş verən yataqxana uzun illərdir ki, qəzalı vəziyyətdədir.
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.