haberL haberR

Bakıda yersiz yol nişanları - Foto

Kateqoriya: Sosial Yayımlama tarixi: 15.03.2016 11:45:43

Yol hərəkətinin bu cür təşkili düzgün deyil

Bakıda yol hərəkətinin təşkili ilə bağlı iki yerdə nöqsanlar aşkar edilib. Bu işdə avtosfer.az-a Təbriz adlı oxucu dəstək olub. Ümid edirik ki, hər iki məsələ tezliklə həllini tapacaq.

Birinci problem Qaradağ rayonu ərazisindədir. Belə ki, Lökbatan qəsəbəsinin girişindəki Buta-Heybət dəmiryol keçidinin yanında 7.13 və üstündə 2.5 nişanı qoyulub. Yol hərəkətinin təşkilində nişanların bu cür tətbiqi nəzərdə tutulmayıb. Yol hərəkətinin bu cür təşkili düzgün deyil, çünki həm Baş yol nişanı, həm də "Stop" nişanı bir-birinə tam ziddir.

Oxuculardan birinin dəfələrlə aidiyyatı orqanlara müaricət etməsinə baxmayaraq həmin 2.5 nişanını 2.1 nişanı ilə əvəz etməyiblər.

İkinci problem şəhərin Qurban Xəlilov küçəsi ilə Landau küçəsinin kəsişməsində qoyulan 4.3 və 3.27 nişanları ilə bağlıdır. Sürücü, Q.Xəlilov küçəsi ilə hərəkətdə olarkən 4.3 nişanını görüb Landau küçəsindəki nəqliyyat vasitələrinə yol verərək dairəyə daxil olub, dairə boyunca hərəkətdə olarkən İnşaatçılar prospektindən gələn nəqliyyat vasitələrinin sürücüləri ona yol vermir. Çünki İnşaatçılar prospekti ilə Landau küçəsinin kəsişməsində 4.3 nişanı yoxdur. Bu problemlə də bağlı dəfələrlə müraicət edilməsinə baxmayaraq məsələ öz həllini tapmayıb.

Oxucu xahiş edir ki, Qurban Xəlilov küçəsində qoyulan 4.3 və 3.27 nişanını götürüb, 2.4 nişanı və 3.28 nişanı ilə əvəz edilsin. Çünki həmin ərazidə yol kifayət qədər geniş olduğuna görə orada nəqliyyat vasitəsinin dayanması digər hərəkət iştirakçılarına maneə yaratmır.

Bakıda yersiz yol nişanları - FOTO

Bakıda yersiz yol nişanları - FOTO

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.