haberL haberR

Bakıda zəncirvari qəza: 5 avtomobilə ziyan dəyib

Kateqoriya: Hadisə Yayımlama tarixi: 18.10.2014 8:38:59

Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib

Bakının Binəqədi rayonu ərazisində zəncirvari yol nəqliyyat hadisəsi baş verib. 5 avtomobilin toqquşması ilə nəticələnən avtoqəza rayonun Səttar Bəhlulzadə küçəsi 93 ünvanının qarşısında qeydə alınıb. Sürücü Fərrux Məmmədzadə “Daevoo” markalı minik avtomobili ilə hərəkətdə olarkən qarşı yoldan gələn və sürücü Rauf Cabbarovun idarə etdiyi “Hyundai” markalı digər nəqliyyat vasitəsi ilə toqquşub. Bu zaman Fərrux Məmmədzadənin avtomobili də öz növbəsində zəncirvari olaraq “KİA”, “Opel” və “Azsamand” markalı avtomobillərə dəyib. Yol qəzası zamanı xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib.

Hadisə yerində olan Binəqədi rayon Dövlət Yol Polis Şöbəsinin müfəttişlərinin gəldiyi ilkin qənaətə görə, avtoqəza “Daevoo” markalı avtomoilin əks istiqatlə gələn nəqliyyat vasitələrinin yoluna çıxması səbəbindən baş verib. Nəqliyyat vasitələri evakuatorlar vasitəsilə cərimə dayanacağına aparılıb. Faktla bağlı araşdırma aparılır.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.