haberL haberR
Bakının Binəqədi rayonunda yeni inşa olunan tuneldə zəncirvari qəza baş verib.
Hhadisə Ziya Bünyadov Prospektində, "Xutor" qəsəbəsi yaxınlığında qeydə alınıb. Qəza zamanı Nurəddin Qocayevin idarə etdiyi "Howo" markalı yük maşını ilə "Mercedes" toqquşub. Zərbənin gücündən yük maşını "Chevrolet"ə daha sonra isə, "Daewoo"ya çırpılıb.  Qəza zamanı xəsarət alan olmasa da, maşınlara ziyan dəyib. Hadisə yerinə Dövlət Yol Polisinin Binəqədi Rayon Şöbəsinin əməkdaşları gəliblər. İlkin  araşdırma zamanı məlum olub ki, qəzaya yük maşınının tunelə sürətlə daxil olması səbəb olub.

 

Qəzadan sonra tuneldə tıxac yaranıb. Avtomobillər hadisə yerindən uzaqlaşdırıldıqdan sonra yolda nəqliyyatın hərəkəti bərpa olunub.  Faktla bağlı Dövlət Yol Polisinin Binəqədi Rayon Şöbəsinin əməkdaşları araşdırma aparır.(apa)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.