haberL haberR

Bakıdakı həbsxanalar köçürülə bilər

Kateqoriya: Ölkə Yayımlama tarixi: 12.12.2014 13:45:17

Penitensiar Xidmətin rəisi: “Çalışacağıq ki, Bakının mərkəzində yerləşən cəzaçəkmə müəssisələri köçürülsün”

“Dünyanın heç bir dövlətində cəzaçəkmə sisteminə Azərbaycandakı kimi diqqət yoxdur. Bu da son zamanlar Azərbaycan aparılan quruculuq siyasəti ilə bağlıdır. Bu gün digər dövlətlər Azərbaycan qibtə edirlər”.

 

Bunu Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev bildirib.

 

M. Quliyev Bakının mərkəzində yerləşən penitensiar müəssisələrin kənara köçürülməsi barədə danışarkən deyib ki, son illərdə Azərbaycanda 10 cəzaçəkmə müəssisəsi tikilib istifadəyə verilib, 7-si tikilmək üzrədir: “Biz çalışacağıq ki, Bakının mərkəzində yerləşən cəzaçəkmə müəssisələri kənara köçürülsün. Bunların hamısı maliyyələşmə ilə bağlıdır. Təxminən bir il ərzində biz Lənkəranda inşa olunan cəzaçəkmə müəssisəsini istifadəyə verəcəyik. Sabunçu rayonunda qadın müəssisəsi tikilmək üzrədir. Düşünürəm ki, növbəti 5 il ərzində bu proses mərhələli olaraq həyata keçiriləcək”.(apa)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.