haberL haberR
Qeyd edək ki, bu günə qədər artıq 150 minə qədər kart satılıb

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib. O, səhvin aradan qaldırılacağını bildirib: "Növbəti kartın sifarişi zamanı bu səhvlər olmayacaq". Qeyd edək ki, bu günə qədər artıq 150 minə qədər kart satılıb. Xatırladaq ki, “Bakıkart”ın üzərində “Kartı rəsmi satış məntəqəsindən alınız”, “Kart balansını artırmaq üçün rəsmi ödəniş terminallarından istifadə ediniz”, “Kartınızı zədələməyiniz” kimi cümlələr yer alır.“Alınız”,“ediniz”, “zədələməyiniz” kimi ifadələrin işlədilməsinin düzgün olmadığını deyən mütəxəssislər bunu Azərbaycan dilinə hörmətsizlik kimi dəyərləndirir. (apa)

 
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.