haberL haberR

Bakının 4 küçəsi təmirdən sonra - FOTOLAR

Kateqoriya: Ölkə Yayımlama tarixi: 05.08.2016 14:35:05

Nərimanov rayonunda 4 küçədə təmir-bərpa işləri həyata keçirilib.

Təmir işləri Arif Heydərov, Vladimir Mayakovski,Əlicabbar Orucəliyev və Çernyavski küçələrində aparılıb.

“Azəravtoyol” ASC-dən verilən məlumata görə, aparılan təmir işləri zamanı küçələrin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək ərazidən daşınıb, yolun hərəkət hissəsi hazır vəziyyətə gətirilib və asfaltlanıb. Bundan başqa, zəruri olan yerlərdə yeraltı kommunikasiya xətləri yenilənib, küçələr boyu piyada səkiləri bərpa olunub və yeniləri tikilib, yeni səki daşları düzülüb, yeraltı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırlaraq, baxış qapaqları yenilənib.

Avtonəqliyyat vasitələrinin və piyadaların hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, piyada zolaqları çəkilib, yolun üfiqi nişanlaması aparılıb.

Bakının 4 küçəsi təmirdən sonra - FOTOLAR

/haberimaj/habergaleri/5A2L4V5X3I1M.JPG
  1. Bakının 4 küçəsi təmirdən sonra - FOTOLAR

  2. Bakının 4 küçəsi təmirdən sonra - FOTOLAR

  3. Bakının 4 küçəsi təmirdən sonra - FOTOLAR

  4. Bakının 4 küçəsi təmirdən sonra - FOTOLAR

  5. Bakının 4 küçəsi təmirdən sonra - FOTOLAR

  6. Bakının 4 küçəsi təmirdən sonra - FOTOLAR

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.