haberL haberR

Bakının bir hissəsi qazsız qalacaq

Kateqoriya: Sosial Yayımlama tarixi: 20.04.2016 10:54:19

Bakı şəhəri Sabunçu, Xəzər, Xətai və Abşeron rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Bakı Regional qaz istismarı Departamentinin xidmət əraziləri üzrə orta təzyiqli qaz kəmərlərində, eləcə də daxili qaz təchizatı şəbəkəsində təmir işləri ilə əlaqədar, 20 aprel 2016-cı il tarixdə saat 09:00-dan işlər yekunlaşanadək Sabunçu rayonunun Bakıxanov və Balaxanı qəsəbələrində, Xəzər rayonunun Şüvəlan qəsəbəsində, Xətai rayonunun M.Hadi, S.Ə.Şirvani, Sarayevo, Q.Nəbi, M.Rüstəm, Cavanşir, Sadıqcan, Mehmandarov, Şıxlınski küçələrində. Gəncə prospekti və Zığ yolu ətrafında, Abşeron rayonunun Mexkalon yaşayış massivi, Xırdalan şəhərinin bir hissəsi, kənd Xırdalan, Ş.Əfəndizadə küçəsi, Bakı-Şamaxı yolunun sağ hissəsi, həmçinin Masazır kəndinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.