haberL haberR

Bakının daha bir mərkəzi yolu bağlandı – Foto

Kateqoriya: Sosial Yayımlama tarixi: 01.04.2016 10:09:44

Yolda sıxlıq müşahidə olunur.

Bakının mərkəzində daha bir yolda hərəkət dayandırılır. 

Nəqliyyatı İntelektual İdarəetmə Mərkkəzindən  verilən məlumata görə, bu ilin iyun ayında Bakı şəhərində keçiriləcək “Formula-1” yarışına hazırlıq işləri ilə əlaqədar Neftçilər prospektinin Zərifə Əliyeva küçəsi ilə kəsişməsindən Əziz Əliyev küçəsi ilə kəsişməsinədək olan hissəsində yolun 3 zolağında və Əziz Əliyev küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Bu səbəbdən Yusif Səfərov, Neftçilər və Üzeyir Hacıbəyov küçələrində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

Sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

 

 
 
 
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.