Bakının mərkəzində avtobus divara çırpıldı–Fotolar
İçərişəhər metorusunun yaxınlığında qəza baş verib.

Gün.Az-ın hadisə yerində olan müxbiri xəbər verir ki, Səbail rayonu, Şeyx Şamil küçəsində (İçərişəhər metrosu ilə üzbəüz küçə) dayanacağın yanında 77 saylı marşut “Mercedes” markalı minik avtomobili ilə toqquşub. Bu zaman arxadan gələn 193 saylı avtobus isə onlara dəyməmək üçün ani dönmə hərəkəti edib. Nəticədə avtobus divara çırpılıb. Xoşbəxtlikdən hər üç avtomobildəki insanlar xəsarət almayıb. Hadisə nəticəsində həmin ərazidəki küçələrdə böyük tıxac yaranıb. Hazırda polis əməkdaşları əzilmiş avtomobillərin evaukasiya edilməsi və tıxacın aradan qaldırılması üçün çalışır. Faktla bağlı araşdırma aparılır.
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.