haberL haberR

Bakının mərkəzi olsa da bir həftədir işıq yanmır (Video)

Kateqoriya: Sosial Yayımlama tarixi: 02.04.2016 10:05:31

Bakıda şəhərin mərkəzində bir həftədən çoxdur ki, işiq problemi yaşanır.

Söhbət Səbail rayonu Badamdar qəsəbəsindən gedir. Qəsəbə sakinlərinin sözlərinə görə, hər gün hava qaralan kimi elektrik enerjisinin verilişində fasilələr yaranır.

Küçə ilə gedən sakinlər fanardan istifadə edirlər. İlk baxışdan hansısa ucqar bir kəndi xatırladan bu məkan paytaxtın Səbail rayonudur.

Badamdar qəsəbəsi 3-cü yaşayış massivində bir həftədən çoxdur ki, elektrik enerjisinin verilişində problem yaşanır. Sakinlərin sözlərinə görə, hər gecə 23:00-dan sonra işıqlar söndürülür.

Qəsəbənin bəzi sakinləri hər gün qarşılaşdıqları bu problemdən çıxış yolunu generator almaqda görüblər.

Məsələ ilə əlaqədar ''Azərişıq'' Açıq Səhimdar Cəmiyyətindən bildiriblər ki, sözügedən ərazidə elektrik enerjisinin verilməsində fasilələrin yaranmasının səbəbi elektrik xətlərində aparılan yoxlama işləridir.

XezerXeber-in Badamdardan hazırladığı süjeti təqdim edirik:

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.