Bakının mərkəzində sürücülərin özbaşınalığı - Fotolar

Şükürlər olsun ki, yollarımız tam qaydasında olmasa da, yol hərəkət nişanları baxımından problem yaşamırıq. Ən azından paytaxt Bakıda...
Musavat.com yazır ki, buna baxmayaraq bəzi sürücülər nişanlara əhəmiyyət verməyib, özlərinə necə rahatdırsa, o şəkildə də yol gedirlər. Nə qanun, nə də qayda onlar üçün önəm kəsb etmir. Yol polisləri tərəfindən müəyyən güzəştlər edildiyi üçün bunu fürsət kimi dəyərləndirirlər. Söhbət marşrut avtobuslarının bəzi sürücülərindən gedir.
Məsələn, 61, 83 və 38 nömrəli marşrut avtobuslarının sürücüləri özlərini başqa planetdən gəlmiş, xüsusi diqqətə layiq, qayda-qanun saymayan şəxslər kimi aparırlar. Bu fikrin yaranmasına səbəb isə Bakının Həsən Əliyev prospekti ilə Səməd Vurğun küçəsinin kəsişməsində yaranan problemdir.
Haqqında bəhs etdiyimiz marşrut avtobuslarının sürücüləri, yolun hərəkət istiqaməti düz və ya sağa olmasına baxmayaraq, sola dönərək qaydaları pozurlar. Əslində bu qayda pozuntusu ilə məşğul olan və bu haqda tədbir görən qurum media deyil. Lakin sürücülərin bu hərəkəti ərazidə tez-tez sıxlıq, tıxac və dava-dalaşa yol açdığı üçün sakinlər redaksiyamıza şikayət ünvanlayıblar. Biz də bu şikayəti nəzərə alıb, məsələni qabartmağa qərar verdik.
Məsələ budur ki, marşrut sürücüləri oradan deyil, bir küçə sonra dönmə hərəkətini yerinə yetirməlidirilər. Amma sürücülər ya vaxta, ya da yanacağa qənaət etmək üçün buna riayət etmirlər. Bəlkə də tənbəllikdən... Ya zəlzələdən, ya vəlvələdən, fərq etməz. Əsas odur ki, ortada qanun pozuntusu və bu yolla yaranan problem var.
Marşrut avtobuslarının Həsən Əliyev prospekti ilə Səməd Vurğun küçəsinin kəsişməsindən sola dönmələri, həmin istiqamətdə hərəkət avtomobillərin yolunu kəsir. Nəticədə onlar işıqforda yaşıl işıq yansa da, hərəkət edə bilmirlər. Gecikmə isə tıxac yaradır. Bu hadisə hər gün baş verdiyi üçün günün pik saatlarında oradan keçmək mümkün deyil.
"Hər dəfə dalaşırıq, bəzən söyüşürük, amma nə fayda?" - sözləri ilə şikayətinə başlayan Zakir adlı sürücü, marşrut avtobuslarının qaydaları nəzarət kameralarının qarşısında pozduğunu deyir: "Yuxarıda kamera var. Daim də işləyir. Buna baxmayaraq öz işlərinə davam edirlər. Yaxınlıqda Tibb Universiteti var, klinika var. İki daimi avtomobil hərəkəti olan yolun kəsişməsidir. Burada belə şeyə yol vermək olmaz. Biz azca xətti tapdalayan kimi evə cərimə məktubu gəlir. Amma bunlara bir söz deyən yoxdur. Ona görə də tez-tez marşrut avtobusları adam vurur, qəza törədirlər.
Keçən gün avtobus buradan dönmək istəyirdi. İstədiyi kimi fırlana bilmədi, yolu bağladı. O geri manevr edib, sükanı düzəldənə kimi digər yol üçün yaşıl işıq yandı. Aləm dəydi bir-birinə... O siqnal verir, bu siqnal verir. Söyüşlər havada "uçur". Hamısı da bunlara görədir. Bunlar 1 litr yanacaq qənaət edəcəklər, biz əziyyət çəkəcəyik? Belə olmaz. Tədbir görülməlidir. Bir neçə sürücü cərimə edilsə, qalanları da düzələr. Bizdə ancaq bu sistem işləyir, cərimələ, cibindən pul çıxsın, qanunu anlayacaq və əməl edəcək".
Yəqin ki, bu yazımızdan sonra aidiyyəti qurumlar tədbir görəcəklər, daha öncə də olduğu kimi...
Bakının mərkəzində sürücülərin özbaşınalığı - Fotolar
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.