haberL haberR

Bakının mərkəzində uşaq meyiti tapılıb

Kateqoriya: Hadisə Yayımlama tarixi: 29.08.2016 15:36:03

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunun əməkdaşları tərəfindən istintaq davam etdirilir.

Bakının Nəsimi rayonunda 12 yaşlı uşağın meyiti aşkarlanıb.
“Report”un əldə etdiyi məlumata görə, hadisə M.Cəlal küçəsi ev 205-in qarşısında qeydə alınıb.
Həmin ünvanda Yevlax rayon sakini 2004-cü il təvəllüdlü Əlixan Məmmədovun üzərində zoraklıq əlamətləri görünməyən meyiti aşkar olunub.
Ə.Məmmədovun dilənçiliklə məşğul olduğu ehtimal edilir.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunun əməkdaşları tərəfindən istintaq davam etdirilir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.