haberL haberR

"Baku Bus" tıxaca səbəb olmaqda ittiham edildi

Kateqoriya: Xəbərlər Yayımlama tarixi: 16.10.2015 14:52:01

Bu barədə Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi xəbər yayıb

Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən “Baku Bus”-ın avtobuslarını tənqid edib. Avtosfer.az xəbər verir ki, Mərkəzin saytında səhər saatlarında Səbail rayonu 20-ci sahə ərazisində "BakuBus" MMC-nin "5" və "6" saylı marşrut xəttində olan avtobuslarının xaos yaratdığı qeyd edilib və həmin ərazidən çəkilən foto saytda yerləşdirilib.

İslamazeri.az avtosfer.az-a istinadən bildirir ki, həmin ərazidə həqiqətən də xaos hökm sürür və avtobusların bu şəkildə dayanması tıxaca səbəb olur. Bundan əlavə, avtobusların arası ilə yolu keçmək məcburiyyətində qalan piyadalar qəza şəraiti yaradırlar. 20-ci sahə dairəsində məhz avtobusların bu şəkildə dayanması tez-tez xırda qəzalara səbəb olur. Tıxac isə bu dairənin «alın yazısıdır».

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.