haberL haberR

“BakuBus” vətəndaşlara müraciət etdi

Kateqoriya: Sosial Yayımlama tarixi: 03.06.2016 12:55:30

“İctimai nəqliyyatdan istifadə edən hər bir şəxs ən azı özünün və yaxınlarının təhlükəsizliyi üçün nəqliyyat vasitəsində baş verən qanunsuz hallara biganə qalmamalı, öz vətəndaş mövqeyini nümayiş etdirməlidir”

Bu sözləri na “BakuBus” MMC Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mansur Piriyev bildirib.
O qeyd edib ki, hər hansı sərnişin avtobusunda sürücü və ya sərnişinin qanunvericilikdən kənar, təhlükə yaradan hərəkətləri həm sərnişinlərin həm də digər vətəndaşların həyatı üçün böyük təhlükə yaradır:

“Avtobusun içərisində baş verən istənilən xoşagəlməz hadisəyə, münaqişəyə, sürücünün avtobusu idarə etməsinə maneə yaradan istənilən hərəkətə münasibətinizi - vətəndaş mövqeyi, ictimai qınaq və ya polisə zəng etməklə ortaya qoya bilərsiniz.

“BakuBus” un 24 saat ərzində fəaliyyət göstərən “Qaynar xətti”nə vətəndaşlar tərəfindən daxil olan müraciətləri araşdırılır, təhlil edilir və operativ şəkildə tədbirlər həyata keçirilir. Ancaq daxil olan müraciətlərin və aşkar olunmuş hadisələrin təhlili bir daha onu göstərir ki, bir çox hadisələrinin qarşısının əvvəlcədən alınmasında məhz vətəndaşların münasibətiləri, ictimai qınağın formalaşdırılması həlledici rol oynaya bilər”.

M.Piriyev bu istiqamətdə fəallıq göstərən sərnişnilərin diqqətdənkənar qalmayacağını qeyd edib:

““BakuBus” olaraq bildiririk ki, gələcəkdə ictimai nəqliyyatda təhlükəsizliyin qorunmasına töhfə vermiş və nümunəvi vətəndaş mövqeyi göstərmiş hər bir vətəndaş tərəfimizdən aşkar olunub qiymətləndiriləcək”.

Qeyd edək ki, “BakuBus” un istifadəsində olan bütün avtobuslarda 24 saat fəaliyyət göstərən müşahidə kameralar mövcuddur. Müşahidə kameraları avtobusun içərisində və ətrafında baş verən hadisələri fasiləsiz olaraq qeydə alır və istənilən hadisənin araşdırılması zamanı obyektiv nəticənin əldə olunmasına imkan yaradır.(modern.az)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.