haberL haberR

Balakən rayonunda müəmalı yanğın

Kateqoriya: Kriminal Yayımlama tarixi: 04.08.2015 11:37:34

Həkim müayinəsi zamanı 36 yaşlı Əli Kərimovun oddan yanması müəyyən olunub.

. Balakəndə 36 yaşlı kişi yanıb.

 

Balakən Rayon Mərkəzi Xəstəxanasından  verilən məlumata görə, avqustun 4-ü saat 01 radələrində rayonun İtitala kənd sakini, 1979-cu il təvəllüdlü Əli Xəlilbəy oğlu Kərimov yanıq xəsarətləri ilə xəstəxanaya daxil olub.

 

Həkim müayinəsi zamanı 36 yaşlı Əli Kərimovun oddan yanması müəyyən olunub.

 

Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Əli Kərimova bədənin 80%-ni əhatə edən 1, 2, 3 və 4-cü dərəcəli termiki yanıq xəsarəti diaqnozu qoyulub, vəziyyəti ağır qiymətləndirilir.


Balakən rayon Polis Şöbəsindən  bildirilib ki, hadisə Əli Kərimovun yaşadığı ünvanda baş verib. Əli Kərimovun dəqiq hansı səbəbdən yanmasını aparılacaq araşdırmalardan sonra söyləmək mümkün olacaq.(apa)
 

Faktla bağlı araşdırma aparılır.

 
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.