haberL haberR

Balakəndə ağır qəza - 1 ölü, 1 yaralı - VİDEO

Kateqoriya: Hadisə Yayımlama tarixi: 31.08.2016 13:45:07

Ağır qəzanın görüntüləri yayıldı.

Axşam saatlarında Balakən rayonunda ağır yol qəzası baş verib.

Kanal S (Region TV) xəbər verir ki, bir nəfərin ölümü, bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Balakən rayonunun Katex kəndindən keçən hissəsində qeydə alınıb.

1956-cı il təvəllüdlü Zaqatala rayonunun Yuxarı Tala kənd sakini Əliyev Aydın Nəbi oğlunun idarə etdiyi Vaz 21-011 markalı avtomobil Zaqatala şəhəri istiqamətində hərəkətdə olarkən, əks istiqamətdən gələn Balakən rayon Katex kənd sakini,1992-ci il təvəllüdlü Ölkəliyev Elvin Abuzər oğlunun idarə etdiyi Lada 015 markalı avtomobillə toqquşub. Nəticədə hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə dərhal Balakən Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Yaralılardan Aydın Əliyevin vəziyyəti ağır olduğundan dərhal əməliyyata qaldırılsa da, həkimlərin səyinə baxmayaraq, xəstənin həyatını xilas etmək mümkün olmayıb.

Fakt araşdırılır.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.