haberL haberR

Banqladeşdəki buddist rahiblərdən Myanmadaki anti-müsəlman addımlardan fərqli addım - Foto

Kateqoriya: Xəbərlər Yayımlama tarixi: 27.06.2016 13:28:44

Myanmadaki din qardaşlarından fərqli olaraq İslamın ardıcıllarına qarşı nifrət bəsləmirlər, əksinə, onlara qarşı mehribanlıq göstərirlər

İslamazeri.az-ın “İslam Today” saytına istinadən verdiyi xəbərə əsasən, Banqladeşdəki buddist rahiblər, Myanmadaki din qardaşlarından fərqli olaraq İslamın ardıcıllarına qarşı nifrət bəsləmirlər, əksinə, onlara qarşı mehribanlıq göstərirlər.

Müqəddəs Ramazan ayının hər günü yüzlərlə müsəlman – kişilər, qadınlar və uşaqlar – Banqladeşin paytaxtı Dəkkə yerləşən buddist hərəminin qarşısında sıraya düzülərək iftar üçün qida payı alırlar.

Dəkkənin yoxsul və evsiz müsəlmanlarına iftarın keçirilməsi üzrə Dharmaracika buddist monastırının təşəbbüsü Asiya ölkəsində müsəlmanlar ilə buddistlərin harmonik şəkildə münaisbətdə olmasının nadir bir nümunəsidir.

Layihənin təşəbbüskarı və Buddist monastrının rahibi Şuddahanando Mohatheri bildirir ki, humanistlik prinsiplərinin universallığına inanır.

Onun müavini Buddhapriya Mahatheronun sözlərinə görə, hər gün təxminən 300 yoxsul müsəlman məbəddə pulsuz vegeterian iftarı alır.

Qeyd edək ki, bir neçə gün öncə Myanmada buddistlər məscidlərə hücum ediblər.

Banqladeşdəki buddist rahiblərdən Myanmadaki anti-müsəlman addımlardan fərqli addım - Foto

/haberimaj/habergaleri/3K0V2F3H2S9W.JPG
  1. Banqladeşdəki buddist rahiblərdən Myanmadaki anti-müsəlman addımlardan fərqli addım - Foto

  2. Banqladeşdəki buddist rahiblərdən Myanmadaki anti-müsəlman addımlardan fərqli addım - Foto

  3. Banqladeşdəki buddist rahiblərdən Myanmadaki anti-müsəlman addımlardan fərqli addım - Foto

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.