haberL haberR

Barmaq izi ilə açılan telefonun böyük çatışmazlığı - Foto

Kateqoriya: Texnologiya Yayımlama tarixi: 16.03.2016 18:07:23

ABŞ-ın Miçiqan Universitetinin kompüter elmləri mütəxəssislərinin apardığı tədqiqat barmaq izinin smartfon və mobil əlavələr üçün mühafizə üsulu kimi etibarlığını sual altına alıb
 Məlumata görə, son smartfon modellərində quraşdırılan barmaq izi skanerini printerin köməyi ilə sındırmaq olar.
 
Bunun üçün barmaq izini 300 dpi təsvir ölçüsündə skan edərək cizgiləri “AgIC” kağızında gümüşü mürəkkəblə çap etmək lazımdır.  
 
Eksperiment zamanı alimlər "Samsung Galaxy S6” və “Huawei Honor 7” modellərindən istifadə ediblər. Lakin bir müddət əvvəl hakerlər “Apple” şirkətinin biometrik mühafizəsinə də müdaxilə etməyə nail olublar. Belə ki, “iPhone 5” modelində quraşdırılmış "Touch ID” texnologiyasını “3D” printerdə çap edilən barmaq izinin köməyi ilə aldatmaq mümkün olub.
 
Qeyd olunur ki, texnologiyadakı boşluğun smartfon istehsalçılarını qurğularda kütləvi skanerlərin tətbiqindən imtinaya məcbur edəcəyi gözlənilir. Proqnozlara görə, 2019-cu ilədək smartfonların 50 faizindən çoxu barmaq izinə görə autentifikasiya texnologiyası ilə təchiz ediləcək. Hazırda barmaq izi vasitəsilə, həmçinin daha qiymətli hesab edilən ödəniş informasiyası mühafizə olunur. Texnologiya ilə buradan tanış olmaq mümkündür. /ictnews
 
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.