haberL haberR

Batan neftçinin ürək dağlayan mesajı (Foto)

Kateqoriya: Ölkə Yayımlama tarixi: 07.12.2015 21:20:29

“Günəşli” neft yatağında baş verən faciədə itkin düşənlərlə bağlı sosial şəbəkədə daha bir ürək parçalayan xəbər yayılıb.

Bu, dənizə düşən, hələ də tapılmayan neftçilərdən biri Qasımov İman Şura oğlunun həyat yoldaşına telefonla yazdığı mesajdır. Yanğın başlayandan bir neçə dəqiqə sonra yazılan mesajın fotosu sosial şəbəkə istifadəçiləri arasında təkrar-təkrar yayılır.

İtkin düşən neftçi həyat yoldaşına 18:50-19:12 saatlarında (hadisə 17:40-da baş verib) bu mesajları yazır:

– Arzu, salamat qal. Mən getdim. Mənim əvəzimdən uşaqlara böyüklük et.

Həyat yoldaşı 19:30-dan etibarən İmana mesajlar yazıb nə baş verdiyini soruşsa da heç bir cavab alamayıb…

 

azadliq.info

Batan neftçinin ürək dağlayan mesajı (Foto)

/haberimaj/habergaleri/1W8I0R1U0F7I.JPG
  1. Batan neftçinin ürək dağlayan mesajı (Foto)

  2. Batan neftçinin ürək dağlayan mesajı (Foto)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.