haberL haberR

Batumidə Gürcüstan Müsəlmanları İdarəsinin Din və Təhsil Mərkəzinin açılışı olub

Kateqoriya: İslam Yayımlama tarixi: 07.10.2015 9:10:35

Mərkəzin açılışında Acarıstan hökumətinin rəsmi şəxsləri də iştirak edib

Gürcüstan Müsəlmanları İdarəsinin Batumidə Din və Təhsil Mərkəzinin açılışı olub. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə GMİ-nin şeyxi Ramin İgidov məlumat verib. Mərkəzin açılışında Acarıstan hökumətinin rəsmi şəxsləri, Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze və nümayəndə heyəti, Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, Qərbi Gürcüstanın müftisi Hacı Beglar Kamaşidze, din və ictimaiyyət xadimləri iştirak edib. Tədbirdə çıxış edən şəxslər yeni binanın açılışı münasibəti ilə Acarıstanda yaşayan müsəlmanları təbrik edib, müfti və din xadimlərinə sağlam və ənənəvi dinin təlim və təbliğində, ümumiyyətlə, dini fəaliyyətlərində uğurlar diləyiblər.

Xatırladaq ki, bir neçə ay öncə Gürcüstanın baş naziri İrakli Qaribaşvilitərəfindən Acarıstanda yaşayan gürcü müsəlmanları üçün iki (4 və 2 mərtəbəli) bina hədiyyə olunub. Onlardan biri GMİ-nin Acarıstandakı rəsmi idarəsi, ikincisi isə din və təhsil mərkəzi kimi fəaliyyət üçün nəzərdə tutulub.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.