haberL haberR

Bayramla əlaqədar təşkil ediləcək yarmarkaların ünvanları (Siyahı)

Kateqoriya: İqtisadiyyat Yayımlama tarixi: 29.09.2015 17:30:05

Bu haqda Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti məlumat yayıb

Qurban bayramı ilə əlaqədar Bakının müxtəlif yerlərində təşkil edilən yarmarkalar davamlı olacaq”. Bu haqda Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev məlumat verib.

O qeyd edib ki, yarmarkalar şənbə və bazar günləri, Bakının 5 rayonunda təşkil ediləcək və orada kənd təsərrüfatı məhsulları satılacaq:

“Fermerlərin arzuları, nazirliyə olan müraciətləri, həmçinin paytaxt sakinlərinin yarmarkaların bərpa olunması ilə bağlı istəkləri nəzərə alınaraq Qurban bayramında müxtəlif ünvanlarda yarmarkalar təşkil edildi. Yarmarkalar daim nazirliyin nəzarətindədir. Çalışırıq ki, daha 10 ünvanda yarmarka təşkil edilsin. Bakı şəhər İcra Hakimiyyəti ilə həmin ünvanların müəyyənləşdirilməsi ilə bağlı müzakirələr gedir”.

Murtuzəli Hacıyev hər şənbə və bazar günləri təşkil edilən yarmarkaların ünvanlarını açıqlayıb:

Xətai rayonu - Məzahir Rüstəmov küçəsi (“Bakı” kinoteatrının yanı);

Səbail rayonu - Badamdar qəsəbəsi;

Nərimanov rayonu - Keşlə bazarının yanı;

Binəqədi rayonu - Dərnəgül qəsəbəsi;

Suraxanı rayonu - Əmircan qəsəbəsi (modern.az)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.