haberL haberR
Əfqanıstan rəsmiləri: “Taliban” terrorçularının lideri ölüb

İslamazeri.az-ın “BBC”-yə istinadən verdiyi xəbərə görə, Əfqanıstan dövlət rəsmiləri “Taliban” terror təşəkilatının lideri Molla Ömərin 2 il 4 ay əvvəl öldüyü barədə məlumat yayımlayıb.

Qeyd edək ki, "Taliban" terrorçularının lideri Molla Ömərin ölümü barədə mətbuatda bir neçə dəfə məlumat yayımlansa da sonradan tutarlı dəlil olmadığından ölüm faktı öz təsdiqini tapmayıb. "Taliban" Şurasının bir neçə gün öncə keçirdiyi toplantıda isə Molla Ömərin ölüm xəbərinin təsdiqlənməsi təqdirdə onun böyük oğlu Molla Məhəmməd Yaqub lider olaraq təyin olunacağı qərara alınıb.

***
17:50
Keçmiş "Taliban" naziri Molla Qalmuddin isə Molla Ömərin ölüm xəbərinin əsassız olduğunu söyləyib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.