haberL haberR

"Bədr" təşkilatı koalisiyayla birgə İŞİD-lə mübarizəyə qatılmağı rədd etdi

Kateqoriya: Dünya Yayımlama tarixi: 04.04.2015 11:40:29

Hadi əl-Əmiri dünən açıqlama verib

İslamazeri.az-ın "Əl-Hədis' telekanalına istinadən verdiyi xəbərə görə, İraqın "Bədr" təşkilatının rəhbəri Hadi əl-Əmiri Amerikanın rəhbərlik etdiyi İŞİD əleyhinə koalisiyaya qatılmağı rədd etdiklərini bildirib.

Əmiri dünən etdiyi açıqlamada xalq qüvvələrinin terrorçularla əməkdaşlıq edən beynəlxalq təşkilatlarla əməkdaşlığa ehtiyacı olmadığını bildirib. 

O, Səlahəddin əyalətinin təhlükəsizlik orqanları ilə abadlıq təşkilatlarından keçdiyimiz günlərdə İŞİD terror təşkilatından azad edilən Tikrit şəhərində dərhal yenidən yenidənqurma və bərpa işlərininin görülməsini gözlədiklərini deyib. 

Qeyd edək ki, ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri bir neçə dəfə "səhvən" İraq əsgərlərini nişan almışdı və nəticədə onlarla İraq əsgəri həyatını itirmişdi.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.