haberL haberR

BƏƏ 600 əfqan iş adamının vizasını ləğv etdi

Kateqoriya: Dünya Yayımlama tarixi: 06.05.2015 17:47:08

600 nəfər əfqan iş adamından BƏƏ-ni tərk etmək tələb edildi

İslamazeri.az-ın “İtar-tass”-a istinadən verdiyi xəbərə görə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hökuməti 600 nəfər əfqan iş adamının işləmək hüququ verən vizasını ləğv edib.

Əfqanstanlı  iş adamlarına xəbərdarlıq edilib ki, onlara məxsus iş yerlərini, firma və təşkilatlarını tez bir zamanda bağlayıb, BƏƏ ərazisini tərk etsinlər. BƏƏ hökuməti bu addımına heç bir əsas gətirməyib.

Əfqanıstan Xarivi İşər Nazirliyi rəsmisi Əhməd Şakib Mustənqi  sahibkarların BƏƏ-dən  çıxarılması faktını təsdiqləyərək bildirib ki, biz hadisədən xəbərdarıq, bizim əməkdaşlar bu məsələ ilə bağlı işlər aparır. Bundan əlavə, əfqan rəsmisi BƏƏ -də yaranan problemin həll edilməsi üçün diplomatik heyətin də göndəriləcəyini deyib.

Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərində 170 min əfqan yaşayır, onlardan 90 min nəfəri Dubay şəhərindədir. Əfqanıstanın böyük şirkətlərinin BƏƏ-də nümayəndəlikləri var. Belə şirkətlərin ümumi dövriyyəsi illik 8 mlrd ABŞ  dolları məbləğindədir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.