haberL haberR

BƏƏ-də qadın polisə toxunan turist həbs edilib

Kateqoriya: Kriminal Yayımlama tarixi: 18.05.2015 14:52:48

Qazaxıstan vətəndaşı yol soruşmaq üçün qadın polisə toxunub və həbs edilib

İslamazeri.az-ın “gazata.ru”-ya istinadən verdiyi xəbərə görə, Qazaxıstan vətəndaşı Dubayda qadın polis işçisində toxunduğu üçün həbs edilib. 

 

Qazaxıstanlı kişi Dubay metrosundan ticarət mərkəzinə necə gedəcəyini soruşmaq üçün qadın polisə yaxınlaşıb. Qadın polis başqa bir şəxslə danışdığı üçün diqqətini ona tərəf yönəltməsi üçün Qazaxıstan vətəndaşı polisə toxunub.

Qadın polis öz ifadəsində bildirib ki, ona toxunaraq müraciət edən vətəndaşa cavab verib, lakin yenidən toxunmaq istəyən zaman polis həmkarlarım hadisə yerinə gələrək onu həbs ediblər.

 49 yaşlı Qazaxıstan vətəndaşı yardıma gələn polisə müqavimətdə ittaham edilərək 3 ay həbs və 2000 dirhəm (540 ABŞ )dolları məbləğində cəriməyə məhkum edilib.

 

Qeyd edək ki, hadisə ötən ilin dekabr ayının 2-də baş versədə bu barədə xəbər indi açıqlanıb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.