haberL haberR

BƏƏ-də qadın və uşaq MERS virusuna yoluxub

Kateqoriya: Səhiyyə Yayımlama tarixi: 29.06.2015 15:00:15

Cənubi Koreyada durmadan artan MERS virusuna Dubayda iki nəfər yoluxub

İslamazeri.az-ın “Ria”-ya istinadən verdiyi xəbərə görə, Cənubi Asiya respirator sindromu olan korona virus MERS-ə Birləşmiş Ərəb Əmirliyinin Əbu-Dabi şəhərində iki nəfər yoluxub. Virusa yoluxanların ikisi də ötən ay bu xəstəlikdən əziyyət çəkən şəxsdən yoluxub. Yoluxanların hər ikisi Dubaya iş üçün gələn əcnəbidir. Xəstəliyə yoluxan qadının 46, uşağın isə 11 yaşı var.

Xatırladaq ki, may ayında Əbu-Dabidə 65 yaşlı əcnəbidə MERS virusu aşkarlanmışdı. O, iyun ayını əvvələrində dünyasını dəyişib.

Qeyd edək  ki, Dünya Səhiyyə Təşkilatının məlumatına əsasən, bu xəstəliyə yoluxanların sayı 1350 nəfərdə qeydə alınıb. Onlardan 480 nəfəri həyatını itirib.

 
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.