haberL haberR

Bəhreyn Ayətullah Xameneinin çıxışına etiraz etdi

Kateqoriya: Siyasət Yayımlama tarixi: 18.05.2015 14:27:36

İranın Bəhreyndəki səfiri XİN-ə çağırılıb

İslamazeri.az-ın “əl-Yəum” xəbərə agentliyinə istinadən verdiyi xəbərə görə, İranın Bəhreyndəki səfiri Məhəmməd Rza Babayi Bəhreyn XİN-ə çağrılıb.

 

Ölkənin xari işləri naziri Abdullah Abdullətif Ayətullah Xameneinin son çıxışını Bəhreynin daxili məsələlərinə müdaxilə kimi dəyərləndirdiklərini deyib: “Onun Bəhreyn xalqını müdafiə etdiyini bildirməsi açıq-aşkar daxili məsələlərimizə müdaxiləsi deməkdir. Bu BMT qanunları ilə ziddiyyət daşayır. İran Bəhreyn hakimiyyətinə hörmətlə yanaşmalıdır. Bəhreyn qonşu ölkələrlə gözəl münasibətdə qalmaq və müsbət əlaqələr qurmağa üstünlük verir.”

 

Xatırladaq ki, Bəhreyn monarxiyası xalqın çoxluq təşkil etdiyi şiələrlə ikinci millət kimi davranır, haqlı tələblərinə məhəl qoymur. Bəhreyndə 100-ə yaxın siyasi məhbus mövcuddur. Son olaraq Bəhreynin "Vəfa" hərəkatının rəhbəri Şeyx Əli Salmanın həbsi ölkədə ümumxalq etirazların daha da vüsət almasına səbəb olub.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.