haberL haberR

Bəhreyn İranla diplomatik əlaqələri kəsir, səfir geri çağırıldı

Kateqoriya: Dünya Yayımlama tarixi: 02.10.2015 14:29:17

Bəhreyn İrandakı səfirini geri çağırıb

İslamazeri.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Bəhreyn İranla arasındakı diplomatik əlaqələri kəsmək qərarına gəlib. Belə ki, ilk olaraq bu ölkənin İrandakı səfiri geri çağırılıb. Eyni zamanda İranın Manamadakı səfiri arzuolunmaz şəxs elan edilərək ona ölkəni tərk etməsi üçün 72 saat vaxt verilib.

Bəhreyn XİN İranı ölkənin daxili işlərinə qarışmaq və məzhəblərarası gərginliyi qızışdırmaqda günahlandırıb.

Bəhreyn polisindən kustar üsulla hazırlanmış bombaların istehsal edildiyi anbarın aşkar olunduğu və məsələylə əlaqədar bir neçə nəfərin saxlanıldığı bildirilib. Ölkə rəhbərliyinə qarşı terror aktları planlaşdırmaqda günahlandıran bu şəxslərin İran İnqilab Keşikçiləri və Livan Hizbullahı ilə əlaqəli olduğu iddia edilir.

Xatırladaq ki, Bəhreyndə 2 nəfərin ölməsi ilə nəticələnən hadisədə İranın adamları olduğu iddia edilən 5 nəfər həbs olunmuşdu.

Orxan Mirzə/İslamazeri

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.