haberL haberR

Bəhreyn rejimi Aşuranın keçirilməsinə mane olur

Kateqoriya: İslam Yayımlama tarixi: 07.10.2015 16:56:47

İmam Hüseyn (ə) qiyamını əks etdirən plakat və tablolar yığışdırılır

İslamazeri.az-ın "Mehr"ə istinadən verdiyi məlumat görə, Bəhreyn qiyamının başladığı 2011-ci ildən bəri xalqın haqq səsini boğmağa çalışan Ali Xəlifə rejimi indi də şiələrin Aşura mərasimini keçirməsi yolunda maneələr törədir. 

Belə ki, Məhərrəm ayının astanasında olduğumuz bir vaxtda Bəhreyn polisi ictimai yerlərdə asılmış İmam Hüseyn (ə) qiyamını əks etdirən plakatları və tabloları yığmaqla məşğuldur.

Bütün bu faktlar Bəhreyndə dini etiqad azadlığının və insan hüquqlarının kobud şəkildə pozulmasını sübut edir. Bu günə qədər Bəhreyn polisinin xalqa qarşı tətbiq etdiyi zorakılıq tədbirləri yüzlərlə insanın həyatını itirməsi və yaralanmasıyla nəticələnib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.