haberL haberR

Bəhreyn rejimi Ayətullah İsa Qasimi məhkəmə qarşısına çıxarmaq istəyir

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 17.07.2016 16:00:11

Bəhreynin Baş Prokurorluğu növbəti ay ruhanilərdən birinin mühakimə olunacağını açıqlayıb.

İslamazeri.az-ın “Əl Aləm”-ə istinadən verdiyi xəbərə əsasən, Prokurorluqdan verilən məlumata görə məhkəmə önünə çıxacaq olan ruhani, xums pulu yığmaqda ittiham olunur. Dövlətdən iznsiz olaraq atılan bu addımı qeyri qanuni hesab edən Prokurorluq, hadisə zamanı 2 nəfərin də ölümünü önə çəkib.

Mənbənin bildirdiyinə əsasən, bu ruhaninin Ayətullah Şeyx İsa Qasim olma ehtimalı böyükdür.

Bəhreyn xalqı isə Ayətullah İsa Qasimə qarşı atılan qərəzli addıma etiraz etməyə davam edir.

“Bahrainmirror”un verdiyi xəbərə əsasən, ölkənin bir neçə bölgəsində, xüsusən Ayətullah İsa Qasimin evinin olduğu əd-Dərraz şəhərində dünən, kütləvi etiraz aksiyaları qeydə alınıb. Ali-Xəlifə qüvvələri etirazçılara hücum edərək, göz yaşardıcı qazlardan istifadə ediblər.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.