haberL haberR

Bəhreyn rejimi daha 13 nəfəri vətəndaşlıqdan məhrum etdi

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 24.06.2016 14:42:41

Bəhreyn cinayət məhkəməsi 24 nəfəri həbsə məhkum edib, digər 13 nəfəri isə vətəndaşlıqdan məhrum edib.

İslamazeri.az-ın “ParsToday” saytına istinadən verdiyi xəbərə görə, 23 nəfər 15 il müddətinə azadlıqdan məhrum ediliblər, daha 1 nəfər isə ömürlük azadlıqdan məhrum edilib.

Bəhreynin məhkəmə orqanları  iddi edir ki, ittiham olunan şəxslər Bəhrey silahlı qüvvələri xidmətçilərinə qiyama və öz hərbi vəzifələrini yerinə yetirməkdən imtina etməyə səsləyiblər, həmçinin Bəhreyn ərazisində partlayış və diversiyaların həyata keçirilməsi üçün agentlər toplayıblar.

Eyni zamanda, Bəhreyn ictimaiyyətində, şeyx İsa Qasimin vətəndaşlıqdan məhrum edilməsi ilə bağlı xalq narazılığı artır.

Cümə axşamı günü, minlərlə bəhreynli Xəlifə rejiminin tanınmış şiə alimi şeyx İsa Qasimə qarşı qəbul etdiyi qeyri-insani qərara etiraz edərək, ölkənin müxtəlif şəhər və kəndlərində nümayişlər keçiriblər. Bəhreynli nümayişçilər qeyd ediblər ki, ölkədəki hazırki vəziyyətin məsuliyyətini Xəlifə rejiminin başçıları daşımalıdırlar.

Xəlifə rejiminin təhlükəsizlik qüvvələri bir neçə rayonda göz yaşardıcı qazlardan istifadə edərək, Bəhreyn xalqının bir neçə küçə aksiyalarını dağıdıblar.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.