haberL haberR

Bəhreyn rejiminin qadağaları icra edilmədi: Bir çox yerdə cümə namazı qılındı

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 22.07.2016 18:18:13

Rejimin təzyiqlərinə baxmayaraq ölkə məscidlərinin çoxunda cümə namazı bərpa olunub

Bəhreynin Ali Xəlifə rejiminin qadağalarına baxmayaraqölkə məscidlərinin çoxunda cümə namazı bərpa olunub.

Başda Ayətullah İsa Qasimin yaşadığı bölgə əd-Dərraz olmaqla, ölkənin bir çox yerlərində etiraz aksiyası təşkil olunub.

Paytxat Mənamədə, əd-Diyə, Sitrə və digər şəhərlərdə iştirak edən etirazçılar, Ali-Xəlifə krallarının şəkillərini ayaq altına atıblar.

 Bəhreynin nüfuzlu ruhanisi Ayətullah İsa Qasimin İranda olan nümayəndəsi, ölkədə baş verən son olaylara münasibət bildirib. 

İslamazeri.az-ın verdiyi xəbərə əsasən, müqəddəs Qum şəhərində keçirilən məclisdə iştirak edən höccətül-islam vəl müslimin Abdullah Dəqaq deyib “Ali-Xəlifə rejimi, Ayətullah İsa Qasimi müdafiə edən və “Allahu əkbər” şüarlarından başqa silahları olmayan vətəndaşlarımıza hücum edir. Biz imam Hüseynin (ə) balalarıyıq və heç baxt zillətə boyun əymərik. Biz elə bu şüarlarımızla zalımları məhv edəcəyik. Bizim qələbəyə ümüdümüz vər. Bunun üçün isə ölkədə birlik, sabitlik və dözümə ehtiyaclıyıq. Biz Bəhreyndə öz hərəkətlərimizə başlamışıq və geriyə dönüş yolları da bağlanıb.”

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.