haberL haberR

Bəhreyn ruhaniləri, rejimin xums məsələlərinə müdaxilə etməsinə etiraz ediblər

Kateqoriya: İslam Yayımlama tarixi: 20.06.2016 14:38:35

Etiraz bəyənatına ölkənin nüfuzlu ruhaniləri olan Ayətullah İsa Qasim, Seyid Abdullah Ğureyfi, Əbdul-Huseyn Sətri, Muhəmməd Saleh Rəbii imzalayıb.

İslamazeri.az-ın “Bahrainmirror” saytına istinadən verdiyi xəbərə görə, bəyənatda bildirilib: “İmamların zamanından şiələr, bu dini aini icra etmişlər və tarix boyu da davam etmişdir. Xums, din və müsəlmanların mənafeyinə uyğun olaraq xərclənir və bundan başqa yerlərdə istifadəsi haramdır. Bu vacib əməli hədəfə almaq, məzhəbimizi hədəfə almaq deməkdir. Biz din azadlığına olunan hər bir hücumu pisləyir və imam Sadiqin (ə) vəkilləri olaraq bu fiqhi məsələ barədə kiminləsə müzakirə etməyəcəyik.”

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.